COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 649 min nəfəri ötür
Dekabrın 22-də Azərbaycanda 28 min 142 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 83 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 634 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 425 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 125 min 458, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 147 min 759, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 649 min 537 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 328 min 162 nəfər təşkil edir.