logo

Azərbaycana COVID-19-a qarşı daha 4.5 milyon doza vaksin gətiriləcək

12:33 22-12-2021 | icon 2989
Azərbaycana COVID-19-a qarşı daha 4.5 milyon doza vaksin gətiriləcək

İndiyədək Azərbaycana yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 14 milyon 92 min 460 doza vaksin gətirilib.

YeniAvropa xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Bildirilib ki, təsdiq olunmuş müqaviləyə əsasən, ölkəyə əlavə olaraq 4 milyon 431 min doza vaksinin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda pandemiyanın yayılmasının məhdudlaşdırılması, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınması məqsədilə “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer”, “Sputnik V” vaksinlərinin istifadəsi təmin edilir.