Nazir: "Futbolun inkişafına dair Dövlət Proqramı hazırlanır"
Bu gün İdman Akademiyasında Gənclər və İdman Naziri Azad Rəhimov mətbuat konfransı keçirib. YeniAvropa xəbər verir ki, nazir konfransda jurnalistlərin suallarını cavanlandırıb.
-2017-ci ildə bir çox uğurlarla yanaşı, bəzi çatışmazlıqlar da oldu. Hazırda narahatlıq doğuran hansısa məsələlər varmı?
- Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqələndirməmişik. Prezident İlahm Əliyev hansı tapşırıqları veribsə, yüksək səviyyədə həyata keşçirməyə çalışmışıq. Hazırda gələn il Velosiped üzrə dünya çempionatının keçirilməsi ilə bağlı çatışmazlıqlar olduğu iddia edilir. Bu, təbii ki, hələ gələcəyin işidir. Çalışacağıq bütün problemləri aradan qaldıraq və bu yarış da digərləri kimi uğurlu alınsın.
- Rayonlarda Gənclər və İdman Komplekslərinin sayı artıq 40-a çatıb. Gələn il üçün bu sayın artıtılması planlaşdırılır?
- Bu məsələ dövlət büdcəsindən ayrılan maliyyənin səmərəli şəkildə bölünməsinə bağlıdır. Bir neçə rayonda yeni komplekslərin açılışı planımızda var. Ancaq Lənkəranda 100% bir kompleks açılacaq.
-Komplekslərin bəziləri şəxsi təsərrüfat hesabına, digərləri isə dövlətdən subsidiyalar hesabına fəaliyyət göstərir. Ola bilməz ki, onların hamısı bir sistem üzrə maliyyələşdirilsin?
- Nazirlik həmişə komplekslərə öz dəstəyini göstərir. Onların sponsorları da var. Komplekslərə ictimai nəzarət də mövcuddur. Hazırda orada təklif edilən bütün xidmətlər – su hovuzları, şərq idman növləri pulsuzdur. Biz çalışırıq və istəyirik ki, rayonlarda uşaqlar komplekslərə cəlb edilsin və professional idmana hazırlaşa bilsinlər.
- Yarışların əksəriyyəti paytaxtda keçirilir. Bu yarışları rayonlarda təşkil etmək mümkün deyil?
- Rayonlardakı mərkəzlər beynəlxalq yarışların qaydalarını təmin edə bilmir. Tribunalarda azarkeşlər üçün nəzərdə tutulan yerlərin sayı məhduddur. Biz Göygöldə voleybol çempionatının bəzi matçlarını keçirdik. Oraya özümüzlə əlavə 2100 oturacaq apardıq. Belə məhdudiyyətlər olduğu üçün yarışların əksəriyyəti Bakıda təşkil edilir.
- Dövlət büdcəsindən 2018-ci il üçün idmana nə qədər maliyyə ayırılıb?
-Bizim 5 ildir dəyişməz büdcə rəqəmimiz var. Bu rəqəm gələn üçün nə artıb, nə də azalıb.
- Bu il bəzi federasiyalarda maliyyə problemləri oldu, maaşlar verilmədi. Bu problem 2018-ci ilə daşınacaqmı?
- 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsində sədr seçiləndə beynəlxalq yarışlarda sadəcə 10-15 idmançımız var idi. Bu gün isə biz ölkəmizə 851 medalla qayıtmışıq. Ancaq probelmlərimiz hələ də var. Bu qaçılmazdır. Ancaq biz bu problemləri özbaşına buraxmırıq. Onları həll etməyə çalışırıq və öhdəsindən gəlirik.
- SSRİ dövründən qalma bəzi klublar var. Onların maliyyə sisteminə necə nəzarət edilir?
- Nazirlik onların daxili siyasətinə qarışmır. Ancaq onlar üzərində nəzarət mövcuddur. Həmin klubların da öz sponsorları var. Ancaq biz onları dövlət qurumlarından ayrımırıq.
- Gələn il üçün futbolun inkişafında dövlət qayğısı proqramı nəzərdə tutulub?
-Bəli. Bu məsələ qaldırılıb və müzakirə edilib. Yəqin ki, 2018-2019-cu il üçün yeni proqram tərtib ediləcək.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb