logo

Diplomatik xidmətə qəbulla bağlı sınaq imtahanı keçiriləcək

11:18 08-12-2021 | icon 6034
Diplomatik xidmətə qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Mərkəzin internet saytında dekabrın 19-u saat 18:00-dək həyata keçirilir.

İmtahanın müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının yoxlanılması (esse tapşırıqları) nəzərdə tutulmur.

Namizədlər DİM-in saytında qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.