Şabran rayonunda qətl hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Çaraq kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Rüfət Quliyev qısqanclıq zəminində bacısı 1998-ci il təvəllüdlü Nəcibə İsayevanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.