logo

Nursultan Nazarbayev "Nur Otan" partiyası sədrliyindən istefa verdi

12:12 23-11-2021 | icon 1568
Nursultan Nazarbayev "Nur Otan" partiyası sədrliyindən istefa verdi

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hakim "Nur Otan" Partiyasının sədri səlahiyyətlərinin ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil vermək barədə qərar qəbul edib.

YeniAvropa "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bu barədə Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay özünün "Tvitter" hesabında məlumat paylaşıb.

“Nursultan Nazarbayev partiyanın Siyasi Şurasının genişləndirilmiş iclasında "Nur Otan" Partiyasının sədri səlahiyyətlərinin təhvil verilməsi barədə qərar qəbul edərək bildirib ki, partiyaya prezident başçılıq etməlidir. Səlahiyyətlərin təhvil verilməsi partiyanın Nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək”, - deyə mətbuat katibi vurğulayıb. 

Qeyd edək ki, Nursultan Nazarbayev 24 aprel 1990-cı ildən  20 mart 2019-cu ilədək Qazaxıstana rəhbərlik edib. 2019-cu il martın 20-də Təhlükəsizlik Şurasının başçısı və "Nur Otan" Partiyasının sədri vəzifəsində qalıb. 2021-ci ilin aprelində isə o, Qazaxıstan Xalqları Assambleyasının sədri vəzifəsini tərk etdiyini bildirib.