logo

Lerikdə 22 santimetr qar yağıb

17:58 12-11-2021 | icon 3654
Lerikdə 22 santimetr qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si səhər saatlarına olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən YeniAvropa-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Lənkəranda 54, Astarada 40, Oğuzda 19, Lerikdə 16, Rvarudda (Lerik) 12, Yardımlıda 11, Kişçay (Şəki), Sarıbaşda (Qax) 10, Qəbələdə 9, Bərdədə 8, Şəki, Göyçay, Zərdabda 7, Balakən, Zaqatala, İmişli, Şamaxıda 6, Kürdəmir, Sabirabadda 4, İsmayıllı, Cəfərxan, Ağsuda 3, Tərtər, Beyləqan, Gədəbəy, Ağdam, Mingəçevir, Göytəpədə 2.0 millimetr, Şahdağ, Şabran, Xınalıq, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan, Bərdə, Qrız, Xaltan, Qusar, Altıağac, Qobustan, Şəmkir, Göygöl, Daşkəsəndə 1, Bakıda və Abşeron yarımadasında: Bakıda 3, Sumqayıt, Maştağa, Çilov adası, Binə, Pirallahıda 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 22, Sarıbaşda (Qax) 11, Lerikdə 2, Xınalıq, Daşkəsən, Altıağac, Qusar, Şahdağda 1 santimetr olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, Aran rayonlarında 5°-dək isti, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan Muxtar Respublikasında 1-4° isti olub.