Moskva MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilib
Moskvadakı Beynəlxalq Hərbi Mərkəzdə MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası olub.
YeniAvropa xəbər verir ki, iclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.
RF Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda RF müdafiə naziri Sergey Şoyqu iclasda çıxış edib. O deyib: “Birgə işlədiyimiz illər ərzində MDB ölkələrinin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin ənənəvi istiqamətlərinin möhkəmləndirilməsinə və yeni istiqamətlərin inkişafına şərait yaradan etimadlı münasibətlər yaranıb”.
O vurğulayıb ki, təşkilatın qarşıdan gələn 30 illik yubileyi ərəfəsində bu görüş rəmzi xarakter daşıyır. Rusiyalı nazirin sözlərinə görə, Müdafiə Nazirləri Şurası formatı tərəfdaşlığın spektrini genişləndirməyə və MDB-nin hərbi təhlükəsizliyinin təmin olunması üçün səmərəli qərarlar qəbul etməyə imkan verir. S.Şoyqu deyib: “Əminəm ki, bugünkü iclas da konstruktiv şəraitdə keçəcək, onun yekunları dövlətlərimizdə sülhün və sabitliyin qorunub saxlanmasına kömək edəcək”.
Nazirlər iclasdan əvvəl Aleksandr bağındakı naməlum əsgər məzarının önünə tər çiçəklər qoyub, Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqlik sükutla yad ediblər.
MDB ölkələrinin müdafiə nazirləri 2022-ci il üçün birgə tədbirlər planını təsdiq edib, hərbi əməkdaşlığın inkişafı perspektivlərini müəyyən ediblər.
2022-ci ildə MDB ölkələri hava hücumundan müdafiə üzrə “Regional təhlükəsizlik -2022” adlı komanda-qərargah kompüter təlimi keçirəcəklər.
İclas iştirakçıları hərbi-topoqrafik və hidrometeoroloji təminat sahəsində praktiki qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi barədə razılığa gəliblər.
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Faktiki hava:Şimşək çaxıb, leysan yağıb, dolu düşüb
Azərbaycan nefti 84,55 dollara satılır
Rusiya bombardmanından sonra Ukraynanın 6 regionu işıqsız qalıb
Şirvanda dələduzluq edən paytaxt sakini həbs edilib
UEFA Çempionlar Liqası:"PSJ"ni məğlub edən "Borrusiya" finalda
“Eurovision-2024”ün II yarımfinalına keçən ölkələr məlum olub
Prokurorluq Zaqatalada 15 nəfərin qidadan zəhərlənməsi faktını araşdırır