logo

Daha bir məktəb direktoru koronavirusdan öldü

11:22 28-10-2021 | icon 5964
Daha bir məktəb direktoru koronavirusdan öldü

Yevlax rayonunda Qəmbər Məhərrəmov adına 4 saylı tam orta məktəbin direktoru Mehriban İmanova koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Yevlax rayon Təhsil Şöbəsindən bildirilib.

Qeyd edilib ki, direktor uzun müddətdir müalicə alırmış. Hazırda onu müavini əvəz edir. Məktəbdə dərslər ənənəvi qaydada davam etdirilir.