logo

YAP-ın qurucularından olan sabiq deputat Maksim Musayev vəfat edib

11:08 28-10-2021 | icon 2261
YAP-ın qurucularından olan sabiq deputat Maksim Musayev vəfat edib

Hakim YAP-ın qurucularından biri, tanınmış ictimai-siyasi xadim və keçmiş deputat Maksim Musayev 83 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat verib. Onun sözlərinə görə, atası ötən gün axşam ürək tutmasından vəfat edib.

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirib. 1956-1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı kimi çalışıb. 1960-1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961-1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil alıb.