logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 15° isti olacaq

13:10 27-10-2021 | icon 1393
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 15° isti olacaq

Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10° , gündüz 13-15° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 12-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.