logo

Dünya çempionatı: Bu gün daha 2 boksçumuz mübarizəyə qoşulacaq

12:22 27-10-2021 | icon 2471
Dünya çempionatı: Bu gün daha 2 boksçumuz mübarizəyə qoşulacaq

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulacaq. Belə ki, Tayfur Əliyev (60 kq) 1/32 finalda Haiti təmsilçisi Çarlz Petit-Homm ilə qarşılaşacaq. Alfonso Dominges (86 kq) isə 1/16 finalda Beynəlxalq Boks Assosiasiyasının bayrağı altında çıxış edən Tavfiqulla Suleymani ilə üz-üzə gələcək.

Xatırladaq ki, ölkəmiz dünya çempionatında 9 boksçu ilə təmsil olunur. Boksçularımızdan Malik Həsənov (63,5 kq) və Məsud Yusifzadə (51 kq) rəqiblərinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.