logo

Polis Sevda Yəhyayevanın toyunda yoxlama apardı

20:30 26-10-2021 | icon 1764
Polis Sevda Yəhyayevanın toyunda yoxlama apardı

Müğənni Sevda Yahyayevanın ötən il nikah masasına oturduğu həkim-genetik Zakir Bayramovla toyu olub. 

YeniAvropa xəbər verir ki, dünən təşkil olunan toya karantin qaydalarına görə cütlük az sayda yaxınını dəvət edib. Gecəyə qatılan qonaqların isə ilk növbədə COVID-19 pasportu yoxlanılıb.

Polis əməkdaşlarının toya təşrif buyurması heç kəsi təəccübləndirməyib. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Bunlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır.