logo

Prezidentlər Əliyevlə Ərdoğan Füzuli aeroportunun lentini kəsdi

13:44 26-10-2021 | icon 2212
Prezidentlər Əliyevlə Ərdoğan Füzuli aeroportunun lentini kəsdi
Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.
 
YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
 
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.