logo

Qubada 23 santimetr qar yağıb, temperatur -6° dərəcəyə enib

10:16 26-10-2021 | icon 2030
Qubada 23 santimetr qar yağıb, temperatur -6° dərəcəyə enib

Oktyabrın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Qubanın Qrız kəndində 23, Xınalıqda 16, Xaldanda isə 4 santimetr hündürlüyündə qar qeydə alınıb.

Qusarın Yasab kəndinə 2, Xızının Altıağac qəsəbəsinə isə 1 santimetr hündürlüyündə qar yağıb.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 6 dərəcəyədək enib.