Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı
12:52 24-10-2021
|
6587
Paytaxt Bakı ilə yanaşı bölgələrdə də orta məktəblərdə koronavirusa yoluxma sayı artıb.
YeniAvropa xəbər verir ki, Oğuz rayonunun Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbində 5 müəllim və 21 şagirddə koronavirus xəstəliyi aşkarlanıb. Oktyabrın 22-dən etibarən təhsil müəssisi fəaliyyətini dayandırıb.
Eyni vəziyyət Bərdə də yaşanıb. Rayonda yerləşən 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbində ənənəvi dərslər koronavirusa görə 14 günlük dayandırılıb.
Məktəbin direktoru bildirib ki, hazırda təhsil müəssisində dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü lisey və Kətəlparaq kənd məktəblərinin hər birinin 4 sinfi, şəhər 6 saylı orta məktəbdə 3, Mirzəxan Kənd orta məktəbində 1, Yeni Əyricə kənd orta məktəbində 5, şəhər 7 saylı orta məktəbdə isə bir sinifdə dərslər müvəqqəti olaraq dayandırıb. Daha ətraflı "Xəzərxəbər"in süjetində: