logo

Tovuzda "Jiquli" yolu keçən qadını vurub öldürdü

11:55 24-10-2021 | icon 5607
Tovuzda "Jiquli" yolu keçən qadını vurub öldürdü

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə Tovuz rayonunda bazarın qarşısında qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yolu keçən piyada, Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovanı vurub.

Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb.