logo

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

13:13 22-10-2021 | icon 6748
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.