Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissə və bölmələrində taktiki-xüsusi təlim davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, xüsusi təyinatlıların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə praktiki vərdişlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər icra olunur.