Paytaxtın Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey distant tədrisə keçib.
YeniAvropa xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib. Bildirilib ki, məktəbin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması səbəbindən belə bir addım atılıb.
Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.