Vəkillər Kollegiyasının üzvü Azər İsmayılovun "Mersedes" markalı avtomobili ötən gecə saat 03:00 radələrində yanıb.
YeniAvropa xəbər verir ki, vəkil açıqlamasında avtomobilinin qəsdən yandırıldığını iddia edib.
A.İsmayılov qeyd edib ki, vəkillik fəaliyyəti ilə bağlı olaraq şübhələndiyi şəxs tərəfindən avtomobilinin üzərinə benzin tökülərək qəsdən yandırılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib ki, yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır:
"Oktyabrın 17-si gecə saatlarında Zaqatala şəhəri ərazisində Azər İsmayılova məxsus “Mercedes” markalı avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda nəqliyyat vasitəsində yanğının hansı səbəbdən baş verməsi ilə əlaqədar araşdırma aparılır."