logo

FHN: Paytaxtda ticarət obyektlərində baş verən yanğının söndürülməsi davam etdirilir

09:59 16-10-2021 | icon 4802
FHN: Paytaxtda ticarət obyektlərində baş verən yanğının söndürülməsi davam etdirilir

Məlumat verildiyi kimi, oktyabrın 16-da səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, saat 08:52-də daxil olan zəngdən cəmi dörd dəqiqə sonra - saat 08:56-da nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.