Oktyabrın 12-də səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.Qeyd edilib ki, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda Lerik-Kəlvəz yolunun bir hissəsi qaya parçalarından təmizlənib, hərəkət qismən bərpa edilib.
Yolun hərəkət hissəsinin qaya parçalarından tam təmizlənməsi istiqamətində işlər aparılır.