logo

Ramanada dəmirçi sexində ustanı "tok" vurub öldürdü

11:11 11-10-2021 | icon 4816
Ramanada dəmirçi sexində ustanı "tok" vurub öldürdü

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin oktyabrın 10-da saat 18 radələrində iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.