Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün başlayacaq toplantısında bankın siyasət faizini 25 bal artıracağı irəli sürülür.
YeniAvropa.Az Bloomberg-ə istinadən xəbər verir ki, bazarları ilin son toplantısında FOMC-ın üçüncü dəfə faiz artımına gedib-getməyəcəyindən daha çox növbəti il üzrə faiz planları maraqlandırır.
Faizlərin artırılacağı yönündə həmfikir olan ekspertlər bildirir ki, 2018-ci ildə 3 deyil, 4 faiz artımına gedilə bilər.
Bu gün keçiriləcək iclasda isə faizlərin 1,25-1,50 faiz aralığında artırılacağı qeyd edilir. Ən kritik mesaj kimi isə 2018-ci ilə yönəlik faiz siyasəti ilə bağlı irəli sürüləcək sözlər dəyərləndirilir.
L.Ə.