logo

Dövlət Proqramı ildə 400 tələbənin xaricdə təhsil almasına imkan verəcək

14:09 01-10-2021 | icon 8694
Dövlət Proqramı ildə 400 tələbənin xaricdə təhsil almasına imkan verəcək

Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair yeni Dövlət Proqramı il ərzində 300-400 nəfəri əhatə edəcək.

 YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncamı ilə bağlı keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, proqrama əsasən tələbələr bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil ala biləcəklər. Lakin proqramda magistratura səviyyəsi üzrə təhsilə üstünlük veriləcək.

Xatırladaq ki, sərəncama əsasən, sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi, habelə uğurlu təcrübəyə əsaslanan effektiv maliyyələşmə modelinin formalaşdırılması məqsədilə Nazirlər Kabinetinə Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmək tapşırılıb.