Ağstafa rayonunun Poylu dəmir yolu stansiyasının ərazisində elektrovozla Poylu qəsəbə sakini Camal Məmişov vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nəticədə C.Məmişov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.