"Azercel"l Mobil Müştəri Xidmətləri Şuşada!
Qədim Şuşa şəhəri də daxil olmaqla, Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında yenidənqurma və bərpa işləri genişləndikcə daha çox insanın bu ərazilərə səfər etməsi və işləməsi üçün imkan yaradılır. Fasiləsiz mobil rabitəni təmin edən texniki heyətlə yanaşı, “Azercell”in müştəri xidmətləri də artıq şirkətin şəbəkəsinin əhatə dairəsindən faydalanan abunəçilərə tam dəstək vermək təşəbbüsü ilə çıxış edir.
YeniAvropa xəbər verir ki, bununla əlaqədar, 22-23 sentyabr tarixlərində "Azercell" Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə uzun bir səfər təşkil edərək, tam sayda müştəri xidmətlərini fəaliyyətini gerçəkləşdirib. Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyəti və bu yaxınlarda istifadəyə verilən "Qarabağ" mehmanxanasının yaxınlığında yerləşən böyük meydanda "Azercell" Müştəri Xidmətləri komandası hazırda Şuşada olan və çalışan müxtəlif abunəçilərlə görüşüb. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla,200-ə yaxın abunəçiyə xidmət göstərilərək 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirilib.
Qeyd etmək lazımdır ki, bir qayda olaraq "Azercell"in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar bütün Şuşa abunəçiləri üçün pulsuz həyata keçirilib.
Hazırda "Azercell" işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla Azercell Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.
"Azercell"in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir. Şirkətin Mobil Müştəri Xidmətlərinin Şuşa səfəri yaxın zamanlarda Qarabağın digər rayonlarına planlaşdırılan çoxsaylı səfərlərdən ən birincisi oldu.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır