Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazirliyin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Mutalov Əliyar Paşa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.