Tədris ilinə 5 tədris günü gec başlanması məktəblilərin tətil günləri ilə əvəzlənəcək.
YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə məlumat verib.
O bildirib ki, tədrisə sentyabrın 22-də başlanması tədris ilinin günlərinin azalması demək deyil. Çalışacağıq ki, tətil günlərində tədricən ötürülən tədris günlərini əvəzləyək.