Astara şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü sinfin 17 məzununun hamısı buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar.
YeniAvropa xəbər verir ki, təmayüllü sinfin məzunlarından iki nəfəri 600-dən, iki nəfəri 500-dən, dörd nəfəri 400-dən, beş nəfəri isə 300-dən yuxarı nəticə ilə ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunublar.
Qeyd edək ki, təmayüllü sinif 2018-ci/2019-cu tədris ilində yaradılıb.