logo

Ağdam sakinləri doğma şəhərlərində

14:13 05-09-2021 | icon 1848
Ağdam sakinləri doğma şəhərlərində

Ağdam rayon sakinlərinin işğaldan azad edilən doğma şəhərə səfəri baş tutub.

YeniAvropa xəbər verir ki, sakinləri Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Xüsusi nümayəndə Ağdamın yenidən qurulması planları barədə məlumat verib.

Ağdam şəhəri də daxil olmaqla, rayonun müxtəlif kəndlərindən 48 sakin Ağdama ziyarətə gətirilib.

Səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən cümə məscidini, İmarət kompleksini, dram teatrının və çörək muzeyinin qalıqlarını, eləcə də Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəklər.