Ali təhsil müəssisələrinin müsabiqəsində 66 min 464 nəfər iştirak edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan 44 min 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
Onlardan 21 min 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 min 5 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında dərc ediləcək. Abituriyentlər jurnalı sentyabrın 5-dən etibarən əldə edə biləcəklər.