Britaniyada nəşr olunan “Times Higher Education” jurnalı “Dünyanın ən yaxşı universitetləri” siyahısını açıqlayıb.
YeniAvropa xəbər verir ki, reytinq siyahısı ümumilikdə 93 ölkədən 1500-dən çox universiteti əhatə edib.
ABŞ və Britaniya universitetləri ilk sıralarda yer alıb. Oksford Universiteti 6 ildir dünyanın ən yaxşı universiteti olaraq yerini qoruyur. Onun ardınca siyahıda ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu və Harvard Universiteti gəlir. Stanford Universiteti dördüncü, Massaçusets Texnologiya İnstitutu isə beşinci sıradadır.
Türkiyənin Koç və Sabancı universitetləri isə ilk 600-lükdə yer alıb.
Jurnal bu sıralamanı tərtib edərkən təhsil müəssisələrinin elmi araşdırmaları, beynəlxalq iş və mövqeləri, gəlirlərinin artması və keçən il siyahıda sıralanması kimi 13 faktoru nəzərə alır.