logo

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində simpozium keçirilib

13:53 31-08-2021 | icon 12236
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində simpozium keçirilib

Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də Şuşada simpozium keçirilib.

YeniAvropa xəbər verir ki, “Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü” adlı simpoziumda ədəbiyyatımızın qarşısında duran vəzifələrdən, son 30 ildə yaradılmış ədəbi nümunələrdən, Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi stimuldan və Molla Pənah Vaqifin bənzərsiz yaradıcılığından söz açılıb.

Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi deyib ki, ədəbiyyatşünas alimlərin və gənc şairlərin iştirakı ilə təşkil olunmuş bu simpozium gələcəkdə keçiriləcək tədbirlər üçün bir istiqamət göstərir.

Simpoziumda akademik Nizami Cəfərov, şair Adil Cəmil və başqaları çıxış edərək ədəbi müstəvidə Qarabağın dünəninə və bu gününə dair fikirlərini bölüşüblər.

Sonda bildirilib ki, belə tədbirlər növbəti illərdə daha geniş formatda təşkil olunacaq.