Vüqar Səfərli jurnalistlər üçün tikilən 3-cü binadan da 8 milyon manat "yeyib"
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
YeniAvropa xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.
Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.
Təhminə Yaqubova isə Vüqar Səfərlinin yanında baş mühasib kimi çalışıb.
Vüqar Səfərliyə qarşı irəli sürülmüş ittihamlar üzrə yeni təfərrüatlar məlum olub. KİVDF-nin sabiq rəhbərinə qarşı irəli sürülən əsas ittiham jurnalistlər üçün tikilən binalarda yol verilən yeyintidir.
Binanın inşası üçün Fond ilə “Arxin-M LTD” MMC arasında müqavilə bağlanıb.
İsintaq belə qənaətə gəlib ki, Vüqar Səfərli ilə yaxın münasibəti olan MMC-nin Memarlıq şöbəsinin müdiri Telman Tahirov materialların dəyərini qəsdən şişirdərək, işlərin daha keyfiyyətsiz şəkildə görməklə, görülməyən işlərə görə vəsaitlər ayıraraq mənimsənilib.
Həmçinin “Portos” MMC-də jurnalistlər üçün nəzərdə tutulan binaların inşasında milyonların mənimsənilməsində əsas pay sahibidir.
İstintaq belə qənaətə gəlib ki, jurnalistlər üçün ikinci binanı inşa etmək dövlət büdcəsindən 31 milyon 466 min manat ayrılıb. Bu məbləğin 22 milyon 274 min manatı binanın tikintisinə xərclənib. 9 milyondan artıq vəsait isə mənimsənilib.
“Portos” MMC-nin ayrı-ayrı vaxtlarda direktoru olmuş Nadir Məmmədov və Ədalət Vəliyevlə birlikdə sənədləri saxtalaşdırılıb. Saxta sənədlər həmçinin Fondun tikintiyə texniki nəzarət üzrə mühəndisi Bünyamin İsmayılov tərəfindən imzalanıb.
2017-2019-cu ildə də jurnalistlər üçün inşa edilməsi nəzərdə tutulan 3-cü bina üçün isə dövlət büdcəsindən 26 milyon 144 min manat vəsait ayrılıb. İstintaq orqanı müəyyən edib ki, həmin vəsaitin 18 milyon 409 min manatı tikintiyə xərclənib. 8 milyon manata yaxın vəsait isə yenə mənimsənilib.
Jurnalistlər üçün nəzərdə tutulan ikinci və üçüncü bina üzrə ümumi yeyinti 16 milyon 928 min manat olaraq müəyyən edilib.
Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib.
Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyib. Dəymiş zərərdən ən çox ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.
Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.
Bundan başqa Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.
- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza
- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi
-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev
- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.
Bunlardan başqa Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub./"Musavat.com"
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib