logo

“İzmir” mağazasının sahibinin 15 yaşlı oğlu özünü 9-cu mərtəbədən atdı

21:33 26-08-2021 | icon 1701
“İzmir” mağazasının sahibinin 15 yaşlı oğlu özünü 9-cu mərtəbədən atdı

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Təbriz küçəsi 58-66 ünvanında qeydə alınıb.

YeniAvropa xəbər verir ki, Türkiyə vətəndaşı olan  15 yaşlı Məhəmməd Kalkan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Yeniyetmə hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, intihar edən şəxsin yaşadığı binanın altında yerləşən "İzmir" mağazasının sahibinin oğlu olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

İntihar edən şəxs əvvəlcə binanın altındakı Mercedes markalı avtomobilin üzərinə düşüb. Zərbə nəticəsində maşının arxa hissəsi əzilib.

Baş vermiş hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə edilib.

Faktla bağlı araşdırma aparılır.