Növbəti təhsil ilində ənənəvi olaraq ümumtəhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.
YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumtəhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında qeyd edilib.
Bildirilib ki, dərs ili iki yarımilə bölünür:
Birinci yarımil - 15 sentyabr - 26 yanvar;
İkinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).