Avqustun 22-da Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan yeniyetmənin axtarışları başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, FHN-in 112 - qaynar telefon xəttinə 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin axtarışlarına cəlb olunub. R.Qasımovun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.