Azərbaycanda daha bir tanınmış tarixçi alim COVİD-19-dan dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan bildirilib.
Qeyd edilib ki, İnstitutun “Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəlilov Polad Rəsul oğlu vəfat edib.
Alimin bir müddət əvvəl koronavirusa yoluxduğu, müalicə olunsa da, faydasız olduğu bildirilib.
Dekabrın 13-də tarixçi alimin 50 yaşı tamam olacaqdı.
Alimin üç övladı yadigar qaldı.
Allah rəhmət eləsin!
Xatırladaq ki, bu ilin martında AMEA-nın digər bir tanınmış tarixçi alimi- Dilavər Əzimli 62 yaşında vəfat edib. Koronavirusa yoluxan alim yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi. Bir müddətdir komada qalan Dilavər Əzimli martın 3-də dünyasını dəyişib.