logo

Axtarışda olan şəxs tutuldu və gecəyarısı polis bölməsində öldü

10:10 21-08-2021 | icon 2086
Axtarışda olan şəxs tutuldu və gecəyarısı polis bölməsində öldü

Bakıda saxlanılan şəxs polis bölməsində ölüb.

 YeniAvropa xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. 

Onun sözlərinə görə, Səbail rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan Ərzi Bəhruz oğlu Fərəcov avqustun 20-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yeri müəyyən edilərək saxlanılıb.

"Həmin şəxs saat 21 radələrində 8-ci Polis Bölməsinə gətirilib. Gecə saat 04 radələrində halı pisləşdiyi üçün polis bölməsinə təcili yardım çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Ərzi Fərəcov ölüb. Həkimlərin rəyinə görə, o, ürəktutmadan vəfat edib",-deyə Ehsan Zahidov "Qafqazinfo"ya bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.