logo

Gədəbəydə Vətən müharibəsi qazisini döyüb, sonra da ağaca bağladılar

19:49 20-08-2021 | icon 1750
Gədəbəydə Vətən müharibəsi qazisini döyüb, sonra da ağaca bağladılar

Avqustun 12-də Gədəbəy rayon Polis Şöbəsinə rayonun Böyük Qaramurad kənd sakini, Vətən müharibəsi qazisi Rauf İmanov həmkəndliləri Amin, Asim və Aliq İsmayılov qardaşları tərəfindən döyülməsi barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Gədəbəy rayonunun Böyük Qaramurad kənd sakini Rauf İmanovun əmisi qızına elçi düşən şəxs başqasına ərə verildiyiinə görə onun yaxınlarını təhqir edib. Bu zaman R.İmanov məsələyə müdaxilə edib və tərəflər arasında mübahisə yaranıb. O, Amin, Alim və Aliq İsmayılov qardaşları tərəfindən əvvəlcə döyülüb, daha sonra ağaca bağlanılıb.
 
Faktla bağlı araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.