logo

COVİD-19 pasportu ilə bağlı cərimələrin məbləğləri açıqlanıb

16:15 20-08-2021 | icon 2100
COVİD-19 pasportu ilə bağlı cərimələrin məbləğləri açıqlanıb
Sentyabrın 1-dən koronavirus infeksiyası ilə bağlı yeni məhdudiyyətlərin tətbiq olunacağı barədə məlumat vermişdik.

Belə ki, gələn aydan yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər: ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində. 

COVID-19 pasportu olmayanlar isə müvafiq qaydada cərimələnəcəklər.
 
YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində cərimələrin məbləğindən danışıb:
"İri ticarət mərkəzlərində beynəlxalq təcrübə əsas götürülməklə obyektlərin qarşısına polis nümayəndələrinin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin pasportları yoxlanacaq. Lakin qəfil şəkildə həmin mərkəzlərdə polis yoxlanışı keçiriləcəkdir. Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq. Obyektlərə, təhsil müəssisələrinə daxil olacaq şəxslər xidməti formada olmayacaq. Buna görə də 18 yaşdan yuxarı şəxslərin COVID passportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq".