Sentyabrın 1-dən koronavirus infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq.
YeniAvropa xəbər verir ki, bunu prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, dünyadan pandemiya davam edir və son günlər Azərbaycanda da yüksək yoluxma rəqəmləri açıqlanır.
Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.
Eyni zamanda COVID-19 pasportu ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək.