logo

İlk 6 ayda Azərbaycanda 322 nəfər intihar edib

13:31 20-08-2021 | icon 1890
İlk 6 ayda Azərbaycanda 322 nəfər intihar edib

2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanan videomüraciətdə bildirilir. 

"Müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur. Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirmişdir. Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır! Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!",-deyə videomüraciətdə  qeyd edilir.