Sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur-Prezidentinin köməkçisi
Sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, ənənəvi tədrisin bərpası sentyabrın 15-nə olan epidemioloji vəziyyətdən asılıdır.