Avqustun 23-ü axşamadək Bakıda və Abşeron yarımadasında bürkülü-isti hava şəraitinin davam edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qarşıdakı 4 gün ərzində paytaxtda zəif cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40°-yə yaxın olacağı gözlənilir.