Mandatını girov qoyan sabiq deputatın məhkəməsi keçirilir
Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
YeniAvropa xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.
Məhkəmədə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər Rafael Cəbrayılova müxtəlif vaxtlarda pul verdiklərini, lakin sonuncunun pulu qaytarmadığını bildiriblər.
Zərərçəkmiş Yusif Orucov deyib ki, o, sabiq deputatla 2015-ci ildə onun avtomobilində görüşüb və şəxsən 100 min dollar pul verib.
Digər zərərçəkmiş Şəfanə Məmmədova 10 min dollar artıqlaması ilə pulu geri almaq şərti ilə R.Cəbrayılova 50 min dollar verdiyini deyib.
Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, o, sabiq deputata ümumilikdə 45 min dollar verib və həmin pulun 12 min dollarını geri ala bilməyib.
Digər zərərçəkmiş Məlahət Qurbanova çıxışında sabiq deputata 561 manat verdiyini və bu məbləğin 169 min manatını geri aldığını deyib.
Rafael Cəbrayılov zərərçəkmişlərin ifadələrini rədd edərək, onlardan pulları 2,5 faizlə borc kimi aldığını və əksəriyyətini geri qaytardığını bildirib.
Növbəti iclas sentyabrın 2-ə təyin olunub.
Qeyd edək ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsində təqsirləndirilir.
Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib