Xəzərdə batan şəxsi xilas edən idmançı özü boğulub.
YeniAvropa xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb.
Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Ağayev Orxan Adil oğlu dənizdə batan şəxsi xilas etsə də, özü boğulub.
Onun cansız bədəni sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.