Quba Rayon Polis Şöbəsinin əməkdaşları üzərində metalik civə olan zəhərli maddə saxlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, rayonun İkinci Nügədi kənd sakini Əli Əliyevin üzərinə baxış zamanı 55 qram gümüşü rəngli, ağır çəkili maye tərkibinə görə metalik civə olan zəhərli maddə aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.